Şeyx - Xpert

Şeyx

Xpert

00:00

02:59

Song Introduction

Maalesef, bu şarkıyla ilgili geçerli bilgi bulunmamaktadır.

Similar recommendations

Lyric

Mənim yanaqlarım Rəbbimdən utandıqca yanacaq

Yalançı göy qübbələrini xəncər kimi sancaq

Quduz balaca gədə bu psixobu balaca gədə vandal

Üzməməlidir buruqlarda, vurun ayağına qandal!

Sevgim kimi ötkəm, bədbin kimi görkəm

Səbrim kimi söykən sinə qəbrim kimi möhkəm

Günəş alışdıca səhər duman dolub qoruğa

Dərddən dağa dönən dağlar od buraxıb kruqa

Mürdəşir dodaqlarıma kömək olarmı ayinlər?

Gözlərim quru bir o qədər, ovcum daim tər

Cəhdim hədər hər dəfə, hündür bu həndəvər

Yaxşılar tez gəbərir, gec ölür xainlər...

Issız adam mən, mənsiz adalar ıssızlar

Arılara yekə iynə soxaram, arılar vızvızlar

Daban suluq, sızlar ayaq, düşmənimdir duzlar

Bir də gecə sizi parçalıyıb oğurlayan qızlar...

Hey, doldur mənə mey

O meydən ki, şeyx tökə tuluğuna

Qəti alkoqol olmasın

? Səsi qulağıma,?

Şeyx tək idi amma ona xəbər elə dolmasın

Solçuyuq biz! O qədər Solçuyuq ki

Sonda Solçuluq da qəbul etmez bizi, hara qeder bu yolçuluq?!

1 idi niyəsə 4, 6, 8 oldu Kent

Hər ölənə abidə qoysam, çatmayacaq sement

İtirdiyim beş kəs mənə beş barmaq kimidir

Gedənlərin acısı solmaz, beşbarmaq kimidir

Altda bir baş üstdə - Kim?

Altda bir daş üstdə - Nə?

İnsan adlı kəs faşistə belə deyəcək baş üstə.!

Yuxuda durub diksinərəm çıqqıldasa metronom

Şəhriyarda sevgi nə qədər, metrolarda vaqon

Sahilimdə günəş yoxdur, adamlarsa buzdan

Ətdən, qandan mənəm, tək Allahımdır ustam.!

Qum çölündə qorxuluq, tərpənim, yelləyim mən

Bədən saman, libas pambıq ipliyindən

Dedi ki, Şəhri sağol gedirəm, ala, halal elə haqqını

Bircə damcı özünü aşağı atdı kipriyimdən...

Hey, doldur mənə mey

O meydən ki, şeyx tökə tuluğuna

Qəti alkoqol olmasın

? Səsi qulağıma,?

Şeyx tək idi amma ona xəbər elə dolmasın

- It's already the end -