Azad H.O.S.T-Çular - H.O.S.T

Azad H.O.S.T-Çular

H.O.S.T

00:00

06:14

Song Introduction

Hal-hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Azad H.O.S.T-çular!

Gəlin yumruqları qaldıraq

Harada varsa kimsə qarşı

Tapaq, vuraq, sındıraq

Varlılardan oğurlayaq

Kasıblara paylayaq

Yandıraq məhkəmələri!

Yandıraq məhkəmələri!

Azad H.O.S.T-çular!

Gəlin keçmişimizi basdıraq

Alova qarışsın şəhər

Hər yer dönsün tüstüyə

Qeyrət ordusu, namus ordusu

Hücuma keçdi

Yandıraq fahişələri!

Yandıraq fahişələri!

Müasirlik adıyla sıxışdırdılar əxlaqı

Gizli cinayətlərin bu gün açıq istintaqı

Bəsdir tənqid, bəsdir sadəcə sözlərdə iş

Bəsdir sadəcə mahnılar, bəsdir sadəcə veriliş

Köhnə bir məscid beş yeni tikilmiş barın əhatəsində

Tərbiyəli bir qız pozulur oğlanların əhatəsində

Mobil telefonunda porno - budurmu İslam ölkəsi?

Bəlkə bayraqdan çıxardaq onun yaşıl hissəsin?

Nə ümidimiz var, nə də ki, inamımız var

Bir əldə yumruğumuz, o biri əldə Quranımız var

Tək yaradanımız var, qarşıda pozğun cəmiyyət

Bura cəhənnəmdir, deməli var haradasa da cənnət

Nə dəstəyimiz var, nə də ki, köməyimiz var

Amma poladdan da bərk, əyilməz ürəyimiz var

Bircə diləyimiz var, o da ki, haqq-ədalət

Sevgiyə qarşı sevgi, nifrətə qarşı nifrət!

Azad H.O.S.T-çular!

Gəlin yumruqları qaldıraq!

Harada varsa kimsə qarşı, tapaq, vuraq, sındıraq!

Rüşvət alan müəllimləri də evə gedəndə təkləyək

Təkərlərini boşaldaq, gecəylə şüşəni çatladaq!

Ağladaq fahişələri, tutub çırpa-çırpa barda!

Tulluyaq mühazirə dəftərlərini! Təhsil harada?

Günah nə müxalifətçilərdə, nə də ki, iqtidarda

Günah bizdədir!

Adi xalqın üzvləri

Küçədə qadına söz atırsa, burada prezident neyləsin?

Ər arvadını aldadırsa, burada prezident neyləsin?

Satıcı müştəriyə atırsa, burada prezident neyləsin?

Uşaq məktəbdən qaçırsa, burada prezident neyləsin?

Və nəyləyək biz dəyişməkçün

İrəliyə keçməkçün?

Əvvəlcə gözünü açmalısan günəşi görə bilməkçün

Xalqın çürük beyni, xəstə düşüncə tərzi

Ən düşük verlişlərdə bu gün ən yüksək reytinq

Keçən il dedik "İstəmirəm!", hamı əzbərlədi

Amma min nəfərdən cəmi biri əməl elədi

Qalanın apar tulla, hamısı lazımsız fanatlar

Onlar üçün dünən Xose

Bu gün H.O.S.T, sabah İsfəndiyar

O qədər fərqi yoxdur, təki dinləməyə bir şey olsun

500 pərəstişkardansa bircə dostum olsun

Güclü ordum olsun, döyüşə hazır cavanlar

Gəzəndə titrəsin döşəmələr, yıxılısın tavanlar!

Azad H.O.S.T-çular!

Gəlin yumruqları qaldıraq

Harada varsa kimsə qarşı

Tapaq, vuraq, sındıraq

Varlılardan oğurlayaq

Kasıblara paylayaq

Yandıraq məhkəmələri!

Yandıraq məhkəmələri!

Azad H.O.S.T-çular!

Gəlin keçmişimizi basdıraq

Alova qarışsın şəhər

Hər yer dönsün tüstüyə

Qeyrət ordusu, namus ordusu

Hücuma keçdi

Yandıraq fahişələri!

Yandıraq fahişələri!

Praqmatik həyat tərzi, pula yönəlmiş tərbiyə dərsi

"Pul - əl çirki" deyənlərin çürüyüb artıq dərisi

Ciyərimizdə H.O.S.T nəfəsi, biz artıq söz dəlisi

Yazanda baxmırıq ki, dinləyənin zəif, əsəbi

Artdı qəzəbi Qaraqanın, zəhəri bitdi, sıra AiD-də

Cəmiyyət-nifrət kəlimələri qoşalaşdı, ən son həddə etiraz

Kim şəhərli, kim "yеraz"?

Nə fərqi var, boşboğaz?

Deyinmələr

Dəbli-dəbli geyinmələr

Kişilik indi bakirlikdən tez çıxmaqla ölçülürmüş

Sözə, sənətə yoxdur qiymət, səhnə kloun gözləyirmiş

Gözləsin... (Qoy gözləsin)

Bu cəmiyyət nə istəyir, bilmir özü də

Gəlmir özünə bir şillədən, çox gеc ayılır bir gecədən

Titrəsin qoy Milli Məclisin hər şüşəsi

Yoxsulların yuxusunda pul kisəsi, kəsir həvəsi

Geri atılmış hər addımda "fiasco" fəlsəfəsi

Gec tapılan düşüncələr, məntiqsiz mülahizələr

Məhəllələrdə "понятки"lar bezdirib artıq

Böyük-kiçik, qarşılıqsız hörmət bezdirib artıq

Son qoyaq artıq rəzalətə, dindən qaçan bu millətə

Geriyə çəkən əsarətə, üzdə edilən ibadətə

Son qoyaq fahişəliyə, yox, işsizlər çoxalar!

Son qoyaq rüşvətə, yox, tələbə üsyan edər!

Qarşı çıxar ədalətlə təhsil verən müəllimlərə

Gül balanın gül papası, birdən pulu qalar cibində

Məhv edək gizli satılan iynələri də, bitkiləri də

Məhv edək günahlarla qazanılmış əskiləri də

Axı biz İslam ölkəsiyik, çoxaldaq məscidləri

Çıxardaq leksikondan təhqir edən söyüşləri

Qan tökülmüş döyüşlərdə kimlər öldü, kimlər azdı

Meyitlərimiz yox torpaqda, bəlkə qəbri göydə qazdıq?

Kim bilir?

Bu cəmiyyətdə hər bir ölüm bir möcüzə

Xəzər gölünün dibinə bax, sür-sümüklər çatır dizə

Sevimli oyunu futbol - əvəz olunub kafisentlə

Baxansan-baxmayansan, nə fərqi var?

Qoşul sən də

Qumardır, qumar deyil, fərqi yoxdur, pul elə puldur

Cibli kəfənə sahib olmaq - çox adamda məqsəd budur

Qara kapyuşon, altda H.O.S.T!

Çox qalacaq yadda H.O.S.T!

Sözünü üzünə deyənin, dibədək gedənin

Bil qanında H.O.S.T!

Sağda H.O.S.T, solda H.O.S.T!

Zibilçələri yandır, H.O.S.T!

Qarşı çıxanı dağıdır H.O.S.T!

Bir-iki-üç, qışqır – "H.O.S.T"!

Azad H.O.S.T-çular!

Gəlin yumruqları qaldıraq

Harada varsa kimsə qarşı

Tapaq, vuraq, sındıraq

Varlılardan oğurlayaq

Kasıblara paylayaq

Yandıraq məhkəmələri!

Yandıraq məhkəmələri!

Azad H.O.S.T-çular!

Gəlin keçmişimizi basdıraq

Alova qarışsın şəhər

Hər yer dönsün tüstüyə

Qeyrət ordusu, namus ordusu

Hücuma keçdi

Yandıraq fahişələri!

Yandıraq fahişələri!

- It's already the end -