Qara Mamba - Okaber

Qara Mamba

Okaber

00:00

03:02

Song Introduction

Hal-hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Şeiriyyatla bol qeyd xarabamda

Sətirlərim zəhər karandaşım Qara Mamba

Bir də qara banda haqqını tapdalasa

Susmasan başın evə gedər salafanda!

Burda belə yazılıb qanunları cəngəlliyin!

Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir

Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir

Dostları dar ağacından asıb, sevgini əngəlləyir

Hər kəsə sən gəl deyib

Biz də səngərdəyik

Ən dərin xəndəkdə biz

İnanmadan inanclara

Hədəfə çatmış kim?

#OnÜç 5.45, 7.62

Qafiyəmin 15-i Şərqə çatır, 5 Qərbə!

Eşitsin ASALA, P.K.K., Peshmerga!

Bizdə MGT var! Yeni nəsil Difai!

TAOW Qurdun Ordusunda hər kəs fədai

Qaldırın temperaturu əlimdə əridim giliz

NMD, Brony Bro, Karabin, Mərdümgiriz

Sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam!

Mən Turana gedən yollarda donub qalmışam

Sən elə bilirsən sən azadsan?!

Yox, yox bu heç belə deyil

Çünki, sən hər iki seçimə tabesən

Birindən əl çəksən belə

İkincidə onların seçimidir

Onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər

Sizin üçün artıq heç nəyin fərqi yoxdur

Həmrəy olanlar gözümə dəyir həmrəng kimi

Qollarım Dəmir Qapı Dərbənd kimi!

Okaber epidemiya, vərəm, ruhi xəstəlikdi

Dağıdır organizmi xərçəng kimi

Yalana gerçək kimi görsənən kod vurular

Mən isə həqiqəti məşəl edib od vururam!

Tərsinə akkord vururam həyatın zərbələrinə

Ən dərin yaralarıma yod vururam

Ulduzlardan çox tanınan Karabin underground

Mən Adolf Hitler, sevgilim Eva Broun

Sindrom Down, Soprano, Supereme NTM

Miri Yusifin Yarım Dünyası rekviemdi

İnsanlıq sizdə qalsın, biz Qurda döndük!

Mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm

Əslində deyiləsi dastan qədər sözüm var idi

Hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm

Buralar cəngəllikdi elə bil Çunqa-Çanqa

Xatirələrlə dolu idi Chilonzor, Ganga

Çəkirəm bütün rəsmləri həyasız və çılpaq

Boyalarım zəhər karandaşım Qara Mamba

Mən sənə heç bir dünyanı vəd etmirəm

Çünki bu həqiqətlərin içində çoxları dözə bilməyib

Ya dəli adlandırılıb ya da, ya da ki, intihar

Bağışla, amma əlimizdə olan budur

- It's already the end -