Yar-Yar - Pərviz BülBülə

Yar-Yar

Pərviz BülBülə

00:00

03:33

Similar recommendations

Lyric

Ürəyim bir eşq ilə döyünür

Onu hər gecə gizlicə düşünür

Açıram, yumuram gözlərimi

Yenə gözlərimə yar görünür

Görürəm, baxa-baxa mənə yanaşır

Gözlərim baxışından qamaşır

Sevirəm mən o gözləri, sevirəm

O baxış o gözlərə yaraşır

Mənə necə baxsa da

Gözyaşım axsa da

Qəlbimi hər dəfə odlara yaxsa da

Odlara yaxsa da, yar, yar

Mənə necə baxsa da

Gözyaşım axsa da

Qəlbimi hər dəfə odlara yaxsa da

Odlara yaxsa da, yar, yar

O, mənim cananımdır

Həm gözüm, həm canımdır

Dərdliyəm, dərmanımdır

Onu heç kəsə vermərəm

O, mənim ürəyimdir

Ən gözəl mələyimdir

Mənim öz gərəyimdir

Onu heç kəsə vermərəm

Onu heç kəsə vermərəm

Nə məni öz arzuma yetirir

Nə bir axtarıb məni itirir

Nə ümid verib məni yaşadır

Nə də öldürüb ömrümü bitirir

Elə bil ki, qəsdimə dayanıb

Dərdi dərdimin üstünə qalanıb

Bilirəm mən o zalımı, bilirəm

Mənə zülm eləmək üçün yaranıb

Mənə necə baxsa da

Gözyaşım axsa da

Qəlbimi hər dəfə odlara yaxsa da

Odlara yaxsa da, yar, yar

Mənə necə baxsa da

Gözyaşım axsa da

Qəlbimi hər dəfə odlara yaxsa da

Odlara yaxsa da, yar, yar

O, mənim cananımdır

Həm gözüm, həm canımdır

Dərdliyəm, dərmanımdır

Onu heç kəsə vermərəm

O, mənim ürəyimdir

Ən gözəl mələyimdir

Mənim öz gərəyimdir

Onu heç kəsə vermərəm

O, mənim cananımdır

Həm gözüm, həm canımdır

Dərdliyəm, dərmanımdır

Onu heç kəsə vermərəm

O mənim ürəyimdir

Ən gözəl mələyimdir

Mənim öz gərəyimdir

Onu heç kəsə vermərəm

Onu heç kəsə vermərəm

Onu heç kəsə vermərəm

- It's already the end -