Bir zamanlar - Pərviz BülBülə

Bir zamanlar

Pərviz BülBülə

00:00

04:12

Similar recommendations

Lyric

Bir zamanlar mən uşaqdım, nə qəmim vardı

Nə də qəm çəkməyə bir vaxtım olardı

Fikrim ancaq küçədə, məhəllədə, tində idi

Gözləyərdim ki, nə vaxt məhəllə dolardı

Yadımda, taxtadan düzəldərdik avtomat

Məhəllədə düşərdi dava-dava "part-a-part"

O vaxtkı oyunlar, doğrudan da, qəşəngdir

Kaş o günlər əlimə bir də düşəydi

Yadıma düşdü uşaqlıqdakı gizlənqaç

Gözləyirdik, gözünü kimsə yumar, qaç

Ya da ovcunda biri nə isə gizlədərdi

Soruşardı, denən, hansında, deyim, aç

Ya onda, ya bunda, halva-çörək dükanda

Uşaqlar bu cürünə düzəldərdi komanda

Bənövşə, bənövşə, adam bəndə düşəydi

Kaş o günlər əlimə bir də düşəydi

Biz uşaq vaxtı pulun fərqinə az vardıq

"Bubblegum, Turbo" şəkillərini yığardıq

"Салка-салка" oyununda gətirib hamısın

"Dəydi bir, mindi iki" şərti qoyardıq

Yadımda, taxtadan var idi "самокат"

Gözəl idi o vaxtkı oyunlarla həyatımız

Biri ortada qaldı, biri yeddi şüşə idi

Kaş o günlər əlimə bir də düşərdi

Bir zamanlar mən uşaqdım, nə qəmim vardı

Nə də qəm çəkməyə bir vaxtım olardı

Fikrim ancaq küçədə, məhəllədə, tində idi

Gözləyərdim ki, nə vaxt məhəllə dolardı

Gün oldu, ay oldu, il oldu, zaman oldu

O günlər, o aylar, o illər güman oldu

Ver yeyim, ört, yatım, əcəb yaxşı peşə idi

Kaş o günlər əlimə bir də düşəydi

Gün oldu, ay oldu, il oldu, zaman oldu

O günlər, o aylar, o illər güman oldu

Ver yeyim, ört, yatım, əcəb yaxşı peşə idi

Kaş o günlər əlimə bir də düşəydi

- It's already the end -