Ya İndi, Ya Heç Vaxt - Paster

Ya İndi, Ya Heç Vaxt

Paster

00:00

02:41

Similar recommendations

Lyric

Göylərdə dənizdən danışırlar

Səmalara toxun!

İndi! Ya da heç vaxt

Orada çox danışırlar

Orada çox danışırlar

Burada zülmət və gecədir

Yandırdım özüm üçün yoxdan işıqlar

Mənim üçün boş şeydir kinayə

Xoş gəldiniz "BİNA"ya!

Qəlbimi satmışam

Pullara sevgi və yaşayıram anları

Xoşbəxtlik kirayə

Mən çətin və tənhayam

Əlimdə sətirlər əlayam

Bir gündə yaşayıram, bir gündə ölürəm

Qalxıram, kəpənək, səmaya

Bu qanan üçündür

Həqiqətdir, amma yalan üçündür

Mənim atam mənə heç nə verməyib

Və zirvəyə qalxmaq da anam üçündür

Bitəcək ömür

"Lambo"da "rich", sarayda şah, ya ofisdə qul

Ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!

Dayanmır, dünyamız dönür!

Sus, ya da de!

Qalx, ya da en!

Hər şey, ya da heç nə!

Ya indi, ya heç vaxt!

Ey! Hər şey, ya da heç nə!

Ey! Ya indi, ya heç vaxt!

Ey! Mənim içimdə səs var

"Hər şey, ya da heç nə! Ya indi, ya heç vaxt!"

Bir ömür qəlbimdə sancılarla

Ya da bir ömür sarayda qancıqlarla

Bir ömür dua və falçılarda

Yəni bir ömür boş yerə!

İnancım harada?!

Qıfıllı qəlbin açarı yoxdur

Sənin dərdlərinə məndə çarə yoxdur

Məni mənə burax, sevgim ölüb

Sənin suallarına mənim cavabım yoxdur, daha!

Ey! Mən yaşayıram günlə!

Əlimdə çek, ya da başımda güllə

Hədəfə doğru, ya da axına qarşı

Mən öləcəyim yerə də daşıyıram güllər

Nə kölə, nə kənizəm

Küsən də deyiləm, önümdə təmizəm

Öləcəyəm dənizə yaxın, mən bilirəm

Danışırlar, çünki göylərdə dənizdən!

Bitəcək ömür!

"Lambo"da "rich", sarayda şah, ya ofisdə qul

Ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!

Dayanmır, dünyamız dönür!

Sus, ya da de!

Qalx, ya da en!

Hər şey, ya da heç nə!

Ya indi, ya heç vaxt!

Ey! Hər şey, ya da heç nə!

Ey! Ya indi, ya heç vaxt!

Ey! Mənim içimdə səs var

"Hər şey, ya da heç nə! Ya indi, ya heç vaxt!"

Əsas olma qolu içəridə bağlı

"Nigga", əsas mmm olmamaqdır

Soğan olur, olsun, nağdır

Küçələr mənimdir, "boy", "day", "sorry", səndə vaxtdır!

İndi bilirəm, amma əvvəl nə üçün?

Bir də soruşursunuz məndən, səbəb nə üçün?

Mənə pullar lazımdır səpələmək üçün!

Mənə pullar lazımdır gəbərmək üçün!

- It's already the end -