Sadəlövh - Orkhan Zeynalli

Sadəlövh

Orkhan Zeynalli

00:00

02:56

Song Introduction

Orxan Zeynallının "Sadəlövh" adlı mahnısı, zəngin melodiyası və dərin mətnlə dinləyicilərin qəlbində iz buraxır. Bu əsər, sevgi və həyatın mürəkkəb duyğularını ifadə edən sözləri ilə diqqət çəkir. Müasir Azərbaycan musiqi tərzlərini özündə birləşdirən "Sadəlövh", Orxan Zeynallının unikal səs tonu və ifa tərzi ilə tamamlanır. Mahnı, yayımlandığı andan etibarən geniş auditoriya tərəfindən müsbət rəylər almış və musiqi sevənlər arasında populyarlığını davam etdirir.

Similar recommendations

Lyric

Dəftərimə əyri xətlər çəkmədim heç vaxt

Yazmalı düz var ikən

Donub qalmaq gərəkəndə

Oluram pis maneken

Səbrimi sınağa çəkənlər

Kəsilib imtahandan

Eyni anda iki adamdan biri

Olmağımı istəmə, "okay?"

Bilirəm səhvim çox

Nöqsanların dairəsi kimiyəm

Məndən başlama, əl çək

Birinci özünü düzəlt

Heç nəyi yox ikən gülərüz

Yoxsulların ailəsi kimiyəm

Hərdən həqiqət deyən 90-ların "ANS"i kimiyəm

Bir az tənbələm, düzdür

Amma ki həmişə ən dərində üzdüm

Bir neçə il keçdi

Ala bildim öz əlimdən özümü

Babam son illərini yaşamışdı gözləri kor

Mənsə qəhrəman görürdüm

Onun gözlərində özümü

Görmüşəm həyatın hər üzünü

Həm ulduz, həm fəhlə

Vaxtlarım var idi ki

Döşəmə idi yatmağa yer

İndi şükür edirəm sahib olduqlarıma həm də

İstəsən, otur yanımda

Onsuz da qalmayıb qalxmağa yer

Gec-tez sönəcək ulduzum

Mənim hekayəmdə sevgilər uduzur

Boş olan qəlbimin ərimədi buzu

Yoxladım nə qədər, nə qədər, nə qədər

Gec-tez sönəcək ulduzum

Mənim hekayəmdə sevgilər uduzur

Boş olan qəlbimin ərimədi buzu

Yoxladım nə qədər, nə qədər, nə qədər

Dedilər, ata olmağın keçir vaxtı

Yaş oraqla biçir vaxtı

Düşünürəm ki, yaraşardı mənə qız övladı

Yaşıdlar qaldırır hər səhər

Məktəbə uşağını indi güclə

Mənsə qaldırıram kubok "FİFA 23"də

Baxma, indi belə olmuşam

Əvvəl sadəlövh idim

Gözümün önündən keçər

Dəyirmanın əsəri

Mənə mesaj yazıb sevgidən

Məsləhət istəyənlərə

Bilmirəm, nə cavab verim

Keçəl-dərman məsəli

İndi bax əllərimə qırışıb, çəkim artıb

Nə qədər oxusam da

Artıq artar çətin ağlım

Məni satmaq istəyən bütün dostlarıma

Dəyərimdən bir az artıq pul göndərib

"WhatsApp"da çekin atdım

Hər şey yaxşıdır, şükür

Yaxşı olsun sonum təki

Vermişəm lirik sətirlərimə "unison back"i

Faciə filminə bənzəsə də bəzən həyatım

Yıxılmadım, əvəzində yazdım ona "soundtrack"i

Gec-tez sönəcək ulduzum

Mənim hekayəmdə sevgilər uduzur

Boş olan qəlbimin ərimədi buzu

Yoxladım nə qədər, nə qədər, nə qədər

Gec-tez sönəcək ulduzum

Mənim hekayəmdə sevgilər uduzur

Boş olan qəlbimin ərimədi buzu

Yoxladım nə qədər, nə qədər, nə qədər

- It's already the end -