Lotos - Paster

Lotos

Paster

00:00

03:07

Song Introduction

Hazırda bu mahnı haqqında məlumat yoxdur.

Similar recommendations

Lyric

Bu şəhərə nə yaxınam, nə uzaq

Axınları dayandırdım, fikirlərə pauza

Bir gün azadlığı alsam

Balaca bəbəşim, itim, böyük bir də "house"um

Bütün həyat alverdir, "brother"

Sakitlik axtarıram mən içindəki xaosun

Dünyanı dartırlar harasa

Mən bağlamışam "server"i, işləməsin "browser"

"Hype"ımı götür, səndə qalsın

Mən onsuz da bəyənirəm itlərin vəfasın

Bahalı görünmək həvəsim yox

"Gucci-mucci", hərləmirəm qancıqların pafosun

Ömürləri pul içində, nə olsun?

Ya "brand"dir, ya "Fendi", ya oturduğu "Rolls"u

Zaman onsuz hər şeyi çevirəcək toza

"Дух"un çatır bu dünyaya verginən "тормоз"

Hər işıqda zərrəm

Qarışanda şərlə

Göz açıb güdənlər

Gerçəyi gizlər səndən

Qaranlıqda rənglər

Öz içimdə cənnət

Bataqlıqda güllər

Sevgi, şübhə, zülmət

Kredit həyat babasildir

Bu ləçərlərin dili puldur, qəlbi "морозильник"

Mikrofonum kin qusur qara, aqressivdir

Mən Bakıdan deyiləm, amma Bakı adresimdir

Küçədən uşaqlarıq üstü-başı kirli

Xəyallarım filmdəki böyük limuzindir

Yaşamışıq "drama"nı, içimizdə kindir

Bütün şəhər benzindir, əlimizdə kibrit

Bu dağlarda hündürdən uçam, gərək

Bağlı olan qapılara soxuram açar

Qaranlığı danışır o can

Mən közü külə qarışdırdım, alışsın ocaq

Qara atı "Rari" kimi çap-çap edirəm

Motor Ədalətin tarı kimi cağ

Əlimizdə sınıq oyuncaq

Biz o güllərik – bataqlıqda toxumlar açan

Hər işıqda zərrəm

Qarışanda şərlə

Göz açıb güdənlər

Gerçəyi gizlər səndən

Qaranlıqda rənglər

Öz içimdə cənnət

Bataqlıqda güllər

Sevgi, şübhə, zülmət

- It's already the end -