00:00
02:15
Hal-hazırda bu mahnı ilə bağlı əlaqəli məlumat mövcud deyil.
Sən mələyə bənzəyən ən gözəl personaj
Payızda peyzaj, qara sadə paltar, sadə makiyaj
Yanaqlarında yaş
Yazardım kaş həsrətini, sənə hər sətrim xəzinədir
Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədir
Necə unudum? Sənə hisslərim bəlkə məchul
Amma məcbur, ruhum 13, qəlbim uçqun, uçurum
Qeys-in "alter-ego"su Məcnun
Qar kim yağ, indi isə qafiyələrimə düş bir-bir
Sən sətirlərində təsvir olundun Müşfiqin
Rəssam, sevgilimin rəsmini gəl çək
Sevgilim gözəldir, sən də gözəl çək (gözəl çək)
Nazına çatanda fırçadan əl çək
Qoy onun nazını mən özüm çəkim
Mən özüm çəkim, mən özüm yazım bu yazını
Yay, qış, payızını, yazını
Dəli Kürünə qovuşan Arazın avazını
Səninlədir ömrümün mənalı günləri
Sənə dərərəm ən gözəl gülləri
Şuşadan da Xarıbülbülləri
Dərərəm, dərərəm
Tanrı tək rəssamdır ki
Mənim həyatımı sənə bənzədib
Ruhum 13
Qar kimi yağ
Qoy onun nazını mən özüm çəkim